31 mart 2026. Çərşənbə axşamı

"Betis"i “Atletiko Madrid”ə dəyişir


  • Transfer
  • 21:29 31.05.2025
  • Oxunma sayı: 145
"Betis"i “Atletiko Madrid”ə dəyişir

"Real Betis"in yarımmüdafiəçisi Conni Kardoso klubun ünvanını dəyişməyə yaxındır.

90deqiqe.Az-ın "Marca"ya istinadən yaydığı məlumata görə,  23 yaşlı futbolçunun xidmətində "Atletiko Madrid" maraqlıdır.

"Döşək ustaları" artıq amerikalı futbolçunun agenti ilə danışıqlar aparıb və futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıblar.

Yarımmüdafiəçinin transferi Madridin top klubuna 25 milyon avroya başa gələcək.

Futbolçu komandaya Klublararası dünya çempionatından sonra qoşulacaq. Ötən mövsüm amerikalı yarımmüdafiəçi “Betis”in 46 matçında iştirak edib. Yarımmüdafiəçi dörd qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro