4 iyul 2026. Şənbə

“Əl-Hilal” Teo Hernandes üçün hərəkətə keçib


  • Transfer
  • 21:53 31.05.2025
  • Oxunma sayı: 153
“Əl-Hilal” Teo Hernandes üçün hərəkətə keçib

“Milan”ın sol cinah müdafiəçisi Teo Hernandes “Əl-Hilal”ın transfer hədəfləri arasında yer alıb.

90deqiqe.Az-ın "MilanPosts"a istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı klubu fransalı futbolçu ilə bağlı artıq danışıqlara başlayıb. Transferin təxmini məbləği 20 milyon avro olaraq qiymətləndirilir. “Əl-Hilal” 27 yaşlı oyunçuya illik 18 milyon avro məvacib təklif edib.

"Rosseneri"lər və futbolçu yeni müqavilə şərtlərində razılığa gələ bilməyiblər.

Qeyd edək ki, Teo Hernandezin “Milan”la müqaviləsi 2025-ci ilin yayında başa çatır. Ötən mövsüm "rossonerilər"in heyətində 49 matçda Hernandes 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt portalı müdafiəçinin dəyərini 40 milyon avro qiymətləndirir.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır