- Transfer
- 23:53 27.03.2026
“Barselona” yay transfer dönəminin ilk addımlarından biri kimi qapıçı transferini reallaşdırmağa hazırlaşır.
90deqiqe.Az xəbər verir ki, Kataloniya təmsilçisi “Espanyol”un qapıçısı Joan Qarsiyanı heyətinə qatmağa yaxındır.
Tərəflər arasında danışıqlar son mərhələyə daxil olub və razılaşmanın yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Kataloniya təmsilçisi transferin baş tutacağına tam əmindir.
Qeyd edək ki, 24 yaşlı qolkiper son mövsümdə “Espanyol”un əsas heyətində stabil çıxışı ilə diqqət çəkib və “Barselona” rəhbərliyi onu gələcək üçün perspektivli seçim hesab edir.
Nüfuzlu “Transfermarkt” portalının ekspertləri qolkiperi 20 milyon avro qiymətləndirib.
Xatırladaq ki, 2024/2025 mövsümündə "Barselona" İspaniya çempionu, İspaniya kuboku və İspaniya Superkubokunun qalibi olub. Mövsüm ərzində “mavi qranatlar”ın qapısında Mark-Andre ter Ştegen, İnyaki Penya və Voyçex Şesni çıxış edib.