14 iyun 2025. Şənbə

“Arsenal”ın gənc müdafiəçisi “Real”ın hədəfində


  • Transfer
  • 23:58 31.05.2025
  • Oxunma sayı: 73
“Arsenal”ın gənc müdafiəçisi “Real”ın hədəfində

"Arsenal"ın perspektivli gənc müdafiəçisi Mayls Lyuis-Skelli karyerasını "Real Madrid"də davam etdirə bilər.

90deqiqe.Az-ın CaughtOffside-a istinadən yaydığı məlumata görə, İspaniya nəhəngi futbolçu ilə hazırkı müqaviləsinin uzadılması ilə bağlı London klubu ilə uzun sürən və çətin danışıqlar fonunda onunla maraqlanır. Madrid klubu artıq 18 yaşlı futbolçunun agenti ilə də əlaqə saxlayıb.

"Arsenal"la müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədə olan ingilis müdafiəçi artıq 23 oyun keçirib və 1 qol vuraraq İngiltərə Premyer Liqasında özünü sübut etməyi bacarıb.







Transfer