- Transfer
- 02:29 09.07.2025
İngiltərənin “Mançester Yunayted” klubu yay transfer dönəminin ilk əhəmiyyətli keçidini reallaşdırmaq üzrədir.
90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı şeytanlar” “Vulverhempton”un hücumçusu Mateus Kunya ilə bağlı razılıq əldə edib.
26 yaşlı braziliyalı futbolçu tibbi müayinədən keçdikdən və lazımi sənədləşmə prosedurları tamamlandıqdan sonra “Mançester Yunayted” ilə rəsmi müqavilə imzalayacaq.
Kunyanın transferi “Mançester Yunayted”ə 62,5 milyon funt sterlinqə (təxminən 74 milyon avro) başa gələcək. Hücumçu 2024/2025 mövsümündə “Vulverhempton” forması ilə 36 oyuna çıxaraq 17 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “Mançester Yunayted” Premyer Liqada uğursuz çıxış edərək mövsümü 15-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.