- Transfer
- 00:41 14.07.2025
“Barselona” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu izləməyə davam edir.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən yaydığı məlumata görə, buna baxmayaraq Kataloniya təmsilçisinin transfer prioriteti “Liverpul”un futbolçusu Luis Diaz hesab olunur.
“Blauqrana” yalnız kolumbiyalının transferi baş tutmadığı halda Reşford üçün konkret addım atacaq.
2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirən Reşfordun “Transfermarkt” qiyməti 50 milyon avro təşkil edir. 27 yaşlı hücumçu hazırda “Mançester Yunayted”in heyətində yer alır. Luis Diaz isə 70 milyon avro dəyərində qiymətləndirilir. 28 yaşlı vingerə Səudiyyə Ərəbistanının aparıcı klubları da maraq göstərir.