15 iyun 2025. Bazar günü

"İnter"in ulduzu "Real"ın hədəfində


  • Transfer
  • 13:43 02.06.2025
  • Oxunma sayı: 39
"İnter"in ulduzu "Real"ın hədəfində

İtaliya millisinin və "İnter"in yarımmüdafiəçisi Nikolo Barella La Liqaya keçə bilər.

90deqiqe.Az-ın “Todofichajes"ə istinadən yaydığı məlumata görə, 28 yaşlı futbolçunun transferində Madridin "Real" klubu maraqlıdır. "Kral klubu" xorvatiyalı ulduz Luka Modriçin komandadan ayrılmasından sonra onun yerini məhz Barella ilə doldurmağı planlaşdırır.

Hazırda Nikolo Barella "İnter"lə 2029-cu ilin iyun ayına qədər qüvvədə olan müqaviləyə sahibdir. Milan təmsilçisi italiyalı yarımmüdafiəçini satmaq üçün 80-100 milyon avro aralığında təzminat tələb edir.

Qeyd edək ki, Barella geridə qalan A Seriyası mövsümündə 33 oyunda meydana çıxaraq 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer