- Transfer
- 23:11 19.06.2025
"Brayton"un yarımmüdafiəçisi Yankuba Minte bu yay klubunu dəyişə bilər.
90deqiqe.Az-ın “Todofichajes"ə istinadən yaydığı məlumata görə,qambiyalı futbolçunun durumunu "Liverpul" və "Mançester Yunayted" yaxından izləyir.
Mənbənin məlumatında bildirilir ki, "Brayton" 20 yaşlı oyunçunun transferindən təxminən 35 milyon avro gəlir əldə etməyi planlaşdırır. "Liverpul"un baş məşqçisi Arne Slot daha əvvəl Mintelə "Feyenoord"da birlikdə çalışıb və onun potensialını yüksək qiymətləndirib.
"Mançester Yunayted" isə futbolçunu heyətdə gözlənilən dəyişikliklər fonunda cinah hücumunu gücləndirmək üçün mümkün variantlardan biri kimi nəzərdən keçirir. Hazırda danışıqlar erkən mərhələdə olsa da, İngiltərənin aparıcı klublarının marağı yaxın həftələrdə prosesin sürətlənməsinə səbəb ola bilər.
2024/25 mövsümünü stabil şəkildə keçirən Minte 37 matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Brayton"la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən futbolçunun bazar dəyəri təxminən 30 milyon avrodur.