- Transfer
- 23:59 26.12.2025
Almaniyanın “Bayer” (Leverkuzen) klubu “Liverpul”un yarımmüdafiəçisi Florian Virts üçün verdiyi ikinci 130 milyon avroluq təklifi rədd edib.
90deqiqe.Az-ın məlumatına görə, Bundesliqa təmsilçisi 22 yaşlı futbolçusu üçün 150 milyon avro tələb edir.
Alman oyunçunun xidmətində “Mançester Siti” və “Real” klubları da maraqlıdır. Sözügedən klublar futbolçunun transferi ilə bağlı gedişatı izləyir və əgər Mersisayd klubunun transferi baş tutmazsa klublar futbolçunun agenti və klubu ilə danışıqlara başlayacaqlar.
Keçən mövsümdə Virts bütün turnirlərdə 45 oyunda iştirak edərək 16 qol və 15 məhsuldar ötürmə edib. Onun klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 140 milyon avrodur.