- Transfer
- 23:59 17.06.2025
Cinah oyunçusu Ceydon Sanço "Çelsi" klubu ilə danışıqları davam etdirir.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O London klubunun 25 yaşlı vingerlə maaş məsələsində hələlik razılığa gələ bilmədiyini və qərarın yaxın günlərdə veriləcəyini eyni zamanda tərəflər şərtlərdə anlaşa bilməsə, Sançonun "Mançester Yunayted"ə qayıdacağını qeyd edib.
Xatırladaq ki, "Çelsi" Sançonu 2024-cü ilin avqustunda icarəyə götürmüşdü. O, paytaxt təmsilçisinin heyətində 41 oyuna çıxaraq 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.