18 iyun 2025. Çərşənbə

"Mançester Siti"nin əsas transfer hədəfləri bəlli oldu


  • Transfer
  • 16:33 02.06.2025
  • Oxunma sayı: 37
"Mançester Siti"nin əsas transfer hədəfləri bəlli oldu

“Mançester Siti”nin cinah müdafiəçisi mövqeyində əsas transfer hədəfləri “Nyukasl”ın Tino Livramento və “Vulverhempton”un Rayan Ait-Nuridir.

90deqiqe.Az xəbər verir ki, “şəhərlilər” 23 yaşlı Ait-Nurinin transferində yaxın zamanda irəliləyiş əldə etməyi planlaşdırır. Onun keçidinin ən qısa müddətdə reallaşacağı gözlənilir.

Bununla belə, Livramento məsələsi isə baş tutmaya bilər. “Nyukasl” 22 yaşlı müdafiəçini heyətdə saxlamaq niyyətindədir və bu transferdə asanlıqla güzəştə getmək istəmir.

Transfermarkt portalına görə, Ait-Nurinin bazar dəyəri 35 milyon avro, Livramento isə 5 milyon avro daha baha qiymətləndirilir.







Transfer