- Transfer
- 23:59 26.12.2025
"Barselona" yay transfer dönəmində "Liverpul"un cinah oyunçusu Luis Diası əsas hədəflərdən biri kimi müəyyənləşdirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Floriаn Plettenberq “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O yüksək transfer dəyərinə baxmayaraq, Kataloniya klubunun 28 yaşlı futbolçunu heyətinə qatmaqda israrlı olduğunu və tərəflər arasında artıq ilkin danışıqlar baş tutduğunu qeyd edib.
Bununla yanaşı, kolumbiyalı futbolçuya Səudiyyə Ərəbistanı klublarının da maraq göstərdiyi qeyd olunur.
Luis Dias 2024/25 mövsümündə bütün turnirlər daxil olmaqla 50 oyunda meydana çıxıb, 17 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.