15 iyun 2025. Bazar günü

"Əl-Nəsr" Alessandro Bastoninin transferi üçün hərəkətə keçib


  • Transfer
  • 17:29 02.06.2025
  • Oxunma sayı: 51
"Əl-Nəsr" Alessandro Bastoninin transferi üçün hərəkətə keçib

"İnter"in baş məşqçisi Simone İnzaqi ilə yanaşı, komandanın əsas müdafiəçilərindən olan Alessandro Bastoni də Səudiyyə Ərəbistanına transfer ola bilər.

90deqiqe.Az "fcinter1908.it" saytına istinadən xəbər verir ki, İtaliya millisinin üzvünə "Əl-Nəsr" klubu maraq göstərir. Komandanı "Milan"ın sabiq çalışdırıcısı Stefano Pioli çalışdırır. Məlumata görə, ərəb klubu Bastoni üçün "İnter"ə 20 milyon avro təklif edib.

Əgər transfer baş tutarsa, 25 yaşlı futbolçu "Əl-Nəsr"də Kriştiano Ronaldo ilə bir komandada çıxış edəcək. Qeyd edək ki, portuqaliyalı hücumçunun klubla yeni – iki illik müqavilə imzalayacağı gözlənilir.

Bastoniyə isə dördillik müqavilə təklif olunduğu bildirilir.







Transfer