- Transfer
- 23:59 26.12.2025
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Aleksandar Mitroviç karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az "talkSPORT" saytına istinadən xəbər verir ki, “Mançester Yunayted” 30 yaşlı hücumçunun transferində maraqlıdır. "Qırmızı şeytanlar" artıq serbiyalının agenti ilə danışıqlara başlayıb.
Mitroviçin qiyməti 18 milyon avro olaraq göstərilir. Onun hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
2024/2025 mövsümündə təcrübəli forvard “Əl-Hilal”ın heyətində 23 oyunda meydana çıxıb, 20 qol (üçü penaltidən) və iki assistlə yadda qalıb.
Xatırladaq ki, Premyer Liqanın son mövsümünü “Mançester Yunayted” 15-ci pillədə başa vurub.