27 dekabr 2025. Şənbə

"Çelsi" 70 milyon avroya yarımmüdafiəçi ala bilər


  • Transfer
  • 22:17 02.06.2025
  • Oxunma sayı: 125
"Çelsi" 70 milyon avroya yarımmüdafiəçi ala bilər

Almaniyanın “Leypsiq” klubunun yarımmüdafiəçisi Xavi Simons karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “Blue_Footy"ə istinadən yaydığı məlumata görə, “Çelsi” klubu 22 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Tərəflər arasında razılaşmanın yay transfer pəncərəsində rəsmiləşəcəyi gözlənilir. Hazırda hər iki tərəf arasında danışıqlar davam etdirilir.

Niderlandlının “Leypsiq”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

2023/2024 mövsümündə Xavi Bundesliqada 25 oyunda meydana çıxıb, on qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a