- Transfer
- 23:59 26.12.2025
Madrid "Real"ının hücumçusu Rodriqo Qoesin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
90deqiqe.Az-ın “AS" nəşrinə istinadən yaydığı məlumata görə, 24 yaşlı futbolçu hələ də gələcək karyera qərarını verməyib.
Braziliyalını yaxın günlərdə yeni baş məşqçi Xabi Alonso ilə vacib bir görüş gözləyir. Futbolçu Alonsonun komanda ilə bağlı baxışlarını və öz perspektivlərini birbaşa eşitmək istəyir.
Mənbə bildirir ki, Rodriqonun qarşısında İngiltərə Premyer Liqasında üç alternativ var. Braziliyalı hücumçu ilə “Arsenal”, “Çelsi” və “Mançester Siti” klubları maraqlanır. Xüsusilə, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiolanın Rodriqo ilə əməkdaşlıq etməyə maraqlı olduğu qeyd edilir.
"Transfermarkt" portalı Rodrigonun bazar dəyərini 100 milyon avro olaraq qiymətləndirir.