18 iyun 2025. Çərşənbə

Modriç İtaliya nəhənginə keçir


  • Transfer
  • 20:21 03.06.2025
  • Oxunma sayı: 29
Modriç İtaliya nəhənginə keçir

Klub Dünya Çempionatından sonra yarımmüdafiəçi Luka Modriç Madrid "Real"ını tərk edəcək.

90deqiqe.Az-ın “La Repubblica"ya istinadən yaydığı məlumata görə, 39 yaşlı futbolçu artıq özünə yeni komanda seçib. Xorvatiyalı futbolçu "Milan"a keçidə prinsipial razılıq verib.

Bildirilir ki, A Seriyasının nəhəngi sövdələşmənin tezliklə baş tutacağına ümidlə yanaşır. Söhbət 2025/2026 mövsümünün sonuna qədər – bir illik müqavilədən gedir.

39 yaşlı yarımmüdafiəçi "Real"ı 13 mövsümdən sonra tərk edəcək. Klub Dünya Çempionatında "Real" ilk oyununu iyunun 18-də "Əl-Hilal" klubuna qarşı keçirəcək.







Transfer