- Transfer
- 23:53 27.03.2026
Niderlandın “Feyenoord” komandasında çıxış edən İqor Payşao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın “Algemeen Dagblad"a istinadən yaydığı məlumata görə, braziliyalı futbolçunun xidmətində “Lids” və “Brayton” klubları maraqlıdır.
Sözügedən klublar İqor Payşao üçün 40 milyon avro ödəməyə hazırdır. Lakin, “Feyenoord” hələlik rəsmi təklif qəbul etməyib və futbolçunu Avropanın ikinci dərəcəli klublarına satmaq niyyətində deyil.
Onunla “Marsel” də maraqlanır.
Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm 47 oyunda 18 qol vurub, 19 məhsuldar ötürmə ilə yadda qalıb.