- Transfer
- 23:42 30.03.2026
İtaliyalı mütəxəssis Simone İnzaqi bu həftə "Əl-Hilal"la müqavilə imzalayacaq.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcının Səudiyyə klubu ilə əmək müqaviləsi üç illik olacaq.
49 yaşlı mütəxəssis "Əl-Hilal"la mövsümə 25 milyon avro maaş qazanacaq.
Qeyd edək ki, "İnter" klubu 2021-ci ilin yayından baş məşqçi postunu tutan İnzaqi ilə yollarını ayırıb.