- Transfer
- 05:56 15.06.2025
İngiltərənin “Kristal Pelas” klubu İtaliya nəhəngi “Yuventus”a məxsus olan mərkəz müdafiəçisi Tyaqu Cialonun transferində maraqlıdır.
90deqiqe.Az xəbər verir ki, London təmsilçisi əsas müdafiəçilərdən biri olan Mark Qehinin mümkün gedişi fonunda alternativ axtarışındadır. Premyer Liqa klubu bu səbəbdən artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Qehinin “Kristal Pelas”la mövcud müqaviləsi gələn yay başa çatır və onun ayrılma ehtimalı yüksək qiymətləndirilir.
Hazırda Tyaqu Cialo Portuqaliyanın “Portu” klubunda icarə əsasında çıxış edir. Futbolçunun transfer hüquqları isə “Yuventus”a məxsusdur.
Ötən mövsüm boyu 190 sm olan futbolçu bütün yarışlarda 17 matçda meydana çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib. Transfermarkt portalı 25 yaşlı futbolçunun dəyərini 8 milyon avro qiymətləndirib.