31 mart 2026. Çərşənbə axşamı

Kristian Romero “Tottenhem”dən ayrılmağa yaxındır - “Atletiko” maraqlanır


  • Transfer
  • 21:38 03.06.2025
  • Oxunma sayı: 131
Kristian Romero “Tottenhem”dən ayrılmağa yaxındır  -  “Atletiko” maraqlanır

 “Tottenhem”in müdafiəçisi Kristian Romero yay transfer dönəmində komandadan ayrıla bilər.

90deqiqe.Az-ın “Daily Mail"ə istinadən yaydığı məlumata görə, 27 yaşlı futbolçu ilə  “Atletiko” klubu maraqlanır.

 London klubu isə argentinalı üçün 72 milyon avro tələb edir.

Müdafiəçi daha əvvəl verdiyi açıqlamalarda La Liqada çıxış etmək arzusunda olduğunu bildirmişdi.

Kristian Romero “Tottenhem”ə 2021-ci ilin yayında transfer olunub. O vaxtdan bəri komandanın əsas simalarından birinə çevrilən futbolçu 124 oyunda forma geyinib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Hazırda “Transfermarkt” portalı argentinalı müdafiəçini 50 milyon avro dəyərində qiymətləndirir. Romero “şporlar”ın müdafiə xəttində əsas fiqurlardan biridir.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro