- Transfer
- 23:11 19.06.2025
Simone İnzaqi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçidini demək olar ki, rəsmiləşdirdikdən sonra “İnter” rəhbərliyi yeni baş məşqçi axtarışını sürətləndirib.
90deqiqe.Az xəbər verir ki, Milan təmsilçisinin baş məşqçi postuna namizədlər arasında hazırda “Komo” klubunu çalışdıran Sesk Fabreqas və “Marsel”in baş məşqçisi Roberto de Dzerbi yer alır.
Məlumatlarda o da qeyd olunur ki, “İnter” artıq Fabreqasla ilkin təmas qurub və onu İnzaqinin əsas əvəzləyicilərindən biri kimi nəzərdən keçirir. Eyni zamanda klub alternativ variant kimi De Dzerbinin də namizədliyini araşdırır.
Qeyd edək ki, bu gün "İnter" klubu 2021-ci ilin yayından baş məşqçi postunu tutan İnzaqi ilə yollarını ayırıb.