- Transfer
- 05:44 15.06.2025
“Tottenhem”in hücumçusu və kapitanı Son Hın Min yay transfer dönəmində klubdan ayrıla bilər.
90deqiqe.Az-ın “The Telegraph"ə istinadən yaydığı məlumata görə, Cənubi Koreya millisinin üzvü ilə vidalaşma London klubunun yaydakı heyət yenilənməsi planının bir hissəsi ola bilər. Hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olan 32 yaşlı futbolçunun transferindən “Tottenhem” ciddi gəlir əldə etmək niyyətindədir.
Son Hın Minə əsas maraq Səudiyyə Ərəbistanından gəlir. Forvard “Tottenhem”də artıq on mövsümdür çıxış edir. Bu müddət ərzində 454 oyuna çıxan Son, 173 qol vurub və 101 məhsuldar ötürmə edib.
Transfermarkt portalı təcrübəli hücumçunun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.