- Transfer
- 23:59 17.06.2025
İngiltərənin “Sanderlend” klubu yarımmüdafiəçi Enso Le Fenin transfer hüquqlarını İtaliyanın “Roma” klubundan rəsmi olaraq alıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Sanderlend” Premyer Liqaya vəsiqə qazandığı halda Le Fenin transferini məcburi şəkildə həyata keçirməli idi və bu şərt artıq yerinə yetirilib.
Fransalı futbol,u ötən mövsüm “qara pişiklər”də icarə əsasında çıxış edirdi. O, komandanın heyətində 28 oyuna çıxaraq 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Sanderlend” uzun fasilədən sonra Çempionşipdə mövsümü uğurla başa vuraraq İngiltərə Premyer Liqasına vəsiqə qazanıb. Komanda dördlük arasında keçirilən pley-off mərhələsində “Koventri” və “Şeffild Yunayted” klublarını mübarizədən kənarlaşdıraraq hədəfinə çatıb.