31 mart 2026. Çərşənbə axşamı

“Çelsi” Menyan üçün “Milan”la danışıqlara başlayıb


  • Transfer
  • 22:26 03.06.2025
  • Oxunma sayı: 131
“Çelsi” Menyan üçün “Milan”la danışıqlara başlayıb

“Çelsi”nin yeni baş məşqçisi Enso Mareşka London klubunda görmək istədiyi qapıçı ilə bağlı qərarını verib.

90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis “Milan”ın qolkiperi Mayk Menyanın transferini istəyir.

 “Çelsi” artıq “Milan”a fransız qapıçının transfer imkanları ilə bağlı rəsmi sorğu göndərib.

29 yaşlı Menyanın hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır və “rossoneri” rəhbərliyi futbolçunun satışı barədə ciddi düşünməyə başlayıb. Buna səbəb isə onun yeni müqavilə imzalamaqdan imtina etməsidir.

Qeyd edək ki, Menyan hazırda Fransa millisinin əsas qapıçısıdır. İyul ayında təcrübəli qolkiperin 30 yaşı tamam olacaq.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro