31 mart 2026. Çərşənbə axşamı

Antoni “Yuventus”un transfer hədəfində - “MY”yə qayıtmaq istəmir


  • Transfer
  • 22:33 03.06.2025
  • Oxunma sayı: 140
Antoni “Yuventus”un transfer hədəfində  - “MY”yə qayıtmaq istəmir

İtaliyanın “Yuventus” klubu “Mançester Yunayted”in cinah hücumçusu Antoni ilə maraqlanır.

90deqiqe.Az-ın “UOL Esporte"yə istinadən yaydığı məlumata görə, “qoca sinyora” 2023/24 mövsümünün ikinci yarısını icarə əsasında “Betis”də keçirən braziliyalını heyətinə qatmaq istəyir.

Turin təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Antoni yaxın vaxtlarda müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”ə qayıtmalı olsa da, futbolçunun özü İngiltərə klubuna dönmək istəmir. Bildirilir ki, o, “Old Trafford”da xoşbəxt olmadığını hiss edib.

Xatırladaq ki, Antoni “Betis”in heyətində cəmi yarım mövsüm ərzində bütün turnirlərdə 9 qola imza atıb və komandanın Konfrans Liqasının finalına yüksəlməsində mühüm rol oynayıb.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro