19 aprel 2026. Bazar günü

“Əl-Nəsr” onu şirnikləndirir: 85 milyonluq təklif


  • Transfer
  • 22:55 03.06.2025
  • Oxunma sayı: 125
“Əl-Nəsr” onu şirnikləndirir: 85 milyonluq təklif

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu daha bir səs-küylü transferə imza atmaq üzrədir.

90deqiqe.Az xəbər verir ki, Ər-Riyad təmsilçisi “Liverpul”un hücumçusu Luis Diasın transferində maraqlıdır. “Əl-Nəsr” klubu kolumbiyalı üçün 85 milyon avro ödəməyə hazırlaşır.

Daha əvvəl kolumbiyalı futbolçunun “Enfild”i tərk etmək istədiyi bildirilmişdi. Onun əsas prioritetinin “Barselona”ya keçid olduğu qeyd olunsa da, Kataloniya klubu “Liverpul”un maliyyə tələblərini qarşılamaq imkanında deyil.

Hazırda Diasın Səudiyyə Ərəbistanına keçidə razı olub-olmayacağı bəlli deyil.

Xatırladaq ki, 28 yaşlı Luis Dias 2022-ci ilin qışında “Portu”dan “Liverpul”a transfer olunub və o vaxtdan etibarən Premyer Liqa təmsilçisinin heyətində çıxış edir.







Transfer