19 aprel 2026. Bazar günü

İnzaqi "Əl-Hilal"da iki il ərzində 52 milyon avro qazanacaq


  • Transfer
  • 23:15 03.06.2025
  • Oxunma sayı: 129
İnzaqi "Əl-Hilal"da iki il ərzində 52 milyon avro qazanacaq

“Əl-Hilal”a təyinat almağa yaxın olan italiyalı baş məşqçi Simone İnzaqi vergilər çıxdıqdan sonra mövsümdə 26 milyon avro qazanacaq.

90deqiqe.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis Səudiyyə klubu ilə 2027-ci ilin iyun ayına kimi hesablanmış müqavilə imzalayacaq.

İnzaqinin bu həftə “Əl-Hilal”la əmək müqaviləsi bağlayacağını gözlənilir.

İnzaqi 2021-ci ildən "İnter"i çalışdırırdı. Bu müddət ərzində o, İtaliya çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb, üç dəfə ölkə Superkubokunu qazanıb, həmçinin komanda ilə iki dəfə Çempionlar Liqasının finalına çıxıb.







Transfer