- Transfer
- 14:22 19.04.2026
"Bayer"in yeni baş məşqçisi Erik ten Haq "Barselona"nın iki futbolçusunun transferində maraqlıdır.
90deqiqe.Az "Sempre Barca"ya istinadən xəbər verir ki, niderlandlı mütəxəssis müdafiəçi Andreas Kristensen və yarımmüdafiəçi Pablo Torre ilə maraqlanır.
29 yaşlı Kristensenin transferi "Bayer"ə 15–20 milyon avroya başa gələ bilər. Lakin Kataloniya klubu təcrübəli müdafiəçini buraxmaqda tələsmir.
22 yaşlı Torre isə icarə əsasında komandaya qoşula bilər və bu keçid sonradan alış hüququ ilə müşayiət oluna bilər.
Transfermarkt portalı Kristensenin bazar dəyərini 15 milyon, Torre isə 7,5 milyon avro olaraq qiymətləndirir.
Xatırladaq ki, "Bayer" may ayında Erik ten Haqın baş məşqçi təyin olunduğunu açıqlamışdı. O, bu postda "Real Madrid"ə keçən Xabi Alonsonu əvəz edib.