- Transfer
- 01:45 14.06.2025
"Barselona" yay transfer pəncərəsində "Napoli"nin hücumçusu Viktor Osimhenin transferini reallaşdırmağı planlaşdırmır.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniyanın "Sport" nəşri məlumat yayıb.
Məlumata görə, kataloniya klubunun yeni baş məşqçisi Hans-Diter Flik hazırda yeni forvarda ehtiyac duymur və bu səbəbdən nigeriyalı futbolçunun alınması gündəmdə deyil.
Qeyd edək ki, Osimhenin "Napoli" ilə müqaviləsində 70 milyon avroluq sərbəstqalma bəndi var. 26 yaşlı hücumçu ilə daha əvvəl "Çelsi" də maraqlanırdı, lakin London təmsilçisi futbolçunun maaş tələblərini qarşılaya bilməmişdi.