- Transfer
- 23:11 19.06.2025
Madridin “Real” klubu “River Plate”in yarımmüdafiəçisi Franko Mastantuononu heyətinə qatmaq istəyir.
90deqiqe.Az-ın “Transfer News Live"yə istinadən yaydığı məlumata görə, 17 yaşlı futbolçunun “PSJ” ilə müqaviləsi hələ imzalanmayıb və Mastantuono özü “Real”a keçməyi üstün tutur. Madrid klubu hazırda futbolçunun agenti ilə danışıqlar aparır.
Xatırladaq ki, Mastantuono Cənubi Amerikanın ən istedadlı gənc oyunçularından biri hesab olunur.
Qeyd edək ki, daha əvvəl mətbuatda argentinalının yaxın günlərdə Paris təmsilçisi ilə müqavilə imzalayacağı bildirilmişdi.