14 iyun 2025. Şənbə

“Siti” Renders transferini bu həftə yekunlaşdıra bilər


  • Transfer
  • 23:59 03.06.2025
  • Oxunma sayı: 59
“Siti” Renders transferini bu həftə yekunlaşdıra bilər

Niderland millisinin və “Milan”ın yarımmüdafiəçisi Tidjani Renders karyerasını Premyer Liqada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, 26 yaşlı futbolçu “Mançester Siti”yə keçməyə çox yaxındır.

Transfer artıq yekun mərhələyə çatıb və çərşənbə günü rəsmiləşə bilər.

Qeyd edək ki, Renders 2023-cü ilin yayında “AZ Alkmaar” klubundan “Milan”a transfer olunub.

Nüfuzlu Transfermarkt portalı yarımmüdafiəçini 50 milyon avro qiymətləndirir.

2024/2025 mövsümündə Reynders "Milan"ın heyətində 54 rəsmi oyuna çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer