28 mart 2026. Şənbə

“Espanyol”un qapıçısı addım-addım “Barselona”ya


  • Transfer
  • 17:32 04.06.2025
  • Oxunma sayı: 134
“Espanyol”un qapıçısı addım-addım “Barselona”ya

"Espanyol"un qapıçısı Joan Qarsiya yaxın günlərdə "Barselona"ya transfer olunacaq.  

90deqiqe.Az-ın məlumatına görə, sövdələşmə gələn həftə bağlanacaq.

"Blauqrana" artıq 24 yaşlı qolkiperlə 5 illik müqavilənin şərtləri üzrə razılığa gəlib. Kataloniya təmsilçisi gələn həftə Qarsiyanı 25 milyon avro qarşılığında heyətinə qatmaq üçün transfer opsiyasını aktivləşdirəcək.

Hazırda "Barselona"nın heyətində üç qapıçı – Mark-Andre ter Ştegen, İnaki Penya və Voyçex Şesni yer alır. Yeni transferin komandada hansı rolu üzərinə götürəcəyi hələlik məlum deyil.

Xatırladaq ki, "Barselona" 2024/2025 mövsümündə İspaniya çempionatı, İspaniya Kuboku və İspaniya Superkubokunun qalibi olub.







Transfer