14 iyun 2025. Şənbə

"Atletiko" Lenqletlə bir şərtlə yeni müqavilə imzalamaq istəyir


  • Transfer
  • 17:34 04.06.2025
  • Oxunma sayı: 39
"Atletiko" Lenqletlə bir şərtlə yeni müqavilə imzalamaq istəyir

Madridin "Atletiko" klubu müdafiəçi Klement Lenqletlə əməkdaşlığı davam etdirmək niyyətindədir.

90deqiqe.Az-ın “Mundo Deportivo"ya istinadən yaydığı məlumata görə, "Atletiko" Klement Lenqleti yalnız azad agent statusunda transfer etmək niyyətindədir. Bunun üçün futbolçunun "Barselona" ilə mövcud müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etməsi tələb olunur. Həmçinin, Lenqletin yeni klubunda çıxış etmək üçün maaşında endirimə razılaşması da vacibdir.

Lakin klub rəhbərliyi futbolçunun yüksək maaşını əsas gətirərək, onun "Barselona"dan aldığı icarə müqaviləsini uzatmağa hazır deyil.

Qeyd edək ki, "Atletiko" yaxın günlərdə Klublararası Dünya Çempionatında iştirak edəcək. Turnirin ilk mərhələsində Dieqo Simeonenin komandası iyunun 15-də Fransanın PSJ klubu ilə qarşılaşacaq.







Transfer