15 iyul 2025. Çərşənbə axşamı

"Milan"ı "Mançester Siti"yə dəyişəcək


  • Transfer
  • 17:46 04.06.2025
  • Oxunma sayı: 50
"Milan"ı  "Mançester Siti"yə dəyişəcək

"Milan"ın mərkəz yarımmüdafiəçisi Tijani Reynders karyerasını "Mançester Siti"də davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, "şəhərlilər" 26 yaşlı futbolçunun transferi üçün "Milan"la 70 milyon avro qarşılığında razılığa gəlib. Müqavilənin demək olar ki, tamamlandığı və yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyi bildirilir.

Bu mövsüm Reynders bütün yarışlar nəzərə alınmaqla 54 matçda meydana çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. İyunun 15-də Klublararası Dünya Çempionatına start veriləcək və burada “Mançester Siti” “Əl-Ayn”, “Vydad” və “Yuventus”la eyni qrupda mübarizə aparacaq.







Transfer

"Benfika"dan "Real"a
  • Transfer
  • 23:25 14.07.2025
"Benfika"dan "Real"a
"Barselona" onu icarəyə verdi
  • Transfer
  • 23:14 14.07.2025
"Barselona" onu icarəyə verdi