28 mart 2026. Şənbə

“Ronaldonu da, Messini də transfer edərəm”


  • Transfer
  • 21:11 04.06.2025
  • Oxunma sayı: 129
 “Ronaldonu da, Messini də transfer edərəm”

"Beşiktaş" klubunun prezidenti Serdal Adalı Kriştiano Ronaldonun mümkün transferi ilə bağlı etdiyi zarafatla gündəmə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisinin rəhbəri məsələ ilə bağlı mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən vəziyyəti yumorla qarşılayıb.

“Ronaldonu transfer etmək? Bəli. Hətta Messini də transfer edərəm”, – deyə Adalı gülümsəyərək bildirib. Onun bu sözləri zalda gülüşlə qarşılanıb.

Hazırda 40 yaşlı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun formasını geyinir. Əgər iyulun əvvəlində “Əl-Nəsr” və ya başqa bir klubla yeni müqavilə imzalanmasa, portuqaliyalı ulduz azad agent statusu qazanacaq.

Xatırladaq ki, daha əvvəl mətbuatda Ronaldonun “Əl-Nəsr”lə müqaviləsini daha bir mövsümə uzadacağı ilə bağlı məlumatlar yayılmışdı. Hazırda Ronaldo Portuqaliya millisinin düşərgəsindədir.







Transfer