14 dekabr 2025. Bazar günü

“Mançester Siti”dən daha bir səssiz transfer gedişi


  • Transfer
  • 21:27 04.06.2025
  • Oxunma sayı: 140
“Mançester Siti”dən daha bir səssiz transfer gedişi

“Lion”un  cinah oyunçusu Rayan Şerki karyerasını "Mançester Siti”də davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, "şəhərlilər" artıq 21 yaşlı cinah oyunçusu ilə şəxsi razılıq əldə edib.

“Siti”nin fransız futbolçunun transferi ilə bağlı “Lion”a rəsmi təklifi göndərməsi gözlənilir.Transferin rəsmiləşməsi yaxın günlərdə baş tuta bilər.

Qeyd edək ki, Ryan Şerki “Lion” akademiyasının yetirməsidir və Fransada gələcəyin ən perspektivli futbolçularından biri hesab olunur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində