27 dekabr 2025. Şənbə

"İnter" ilk transferini açıqladı


  • Transfer
  • 21:51 04.06.2025
  • Oxunma sayı: 105
"İnter" ilk transferini açıqladı

“Dinamo”nun xorvatiyalı yarımmüdafiəçi Petar Suçiçin  “İnter” klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Transferin maliyyə detalları və şəxsi müqavilənin müddəti barədə məlumat verilməyib.

Petar Suçiç əsasən dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. Məşhur statistik portal Transfermarkt onun bazar dəyərini 14 milyon avro olaraq qiymətləndirir.

2024/25 mövsümündə Suçiç “Dinamo”nun heyətində bütün turnirlər üzrə 32 oyunda meydana çıxıb, bu matçlarda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 21 yaşlı futbolçu həmçinin Xorvatiya milli komandasının da üzvüdür – onun aktivində 5 oyun və 1 qol var.

Xatırladaq ki, “İnter” A Seriyasında geridə qalan mövsümü ikinci pillədə başa vurub.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a