27 dekabr 2025. Şənbə

Lionel Messi bu kluba keçməyə razılıq verib?


  • Transfer
  • 23:10 04.06.2025
  • Oxunma sayı: 126
Lionel Messi bu kluba keçməyə razılıq verib?

8 qat "Qızıl top"un sahibi Lionel Messi "İnter Mayami"ni tərk edə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Barselona”nın keçmiş forvardı Argentina çempionatından “Nyuells Old Boyz”a keçməyə qərar verib. Tərəflər arasında aparılan danışıqlarda razılıq əldə olunub.

Transfer 2025-ci ilin dekabrında baş tutacaq.

Daha əvvəl Messi özü karyerasını futbola başladığı klubda bitirmək istədiyini bildirmişdi.

Xatırladaq ki, "Real Madrid"in sabiq qapıçısı Keylor Navas bu ilin yanvarından klubda çıxış edir.

Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"nin rənglərini qoruyur. Bu mövsüm futbolçu MLS-də 13 matçda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a