- Transfer
- 23:56 14.07.2025
İngiltərənin "Çelsi" klubu "Ayntraxt"ın hücumçusu Uqo Ekitikenin transferi üçün fəal şəkildə iş aparır.
90deqiqe.Az-ın “Sky Sport"a istinadən yaydığı məlumata görə, London təmsilçisi 22 yaşlı futbolçu ilə şifahi razılıq əldə etməyə çalışır.
Mənbənin bildirdiyinə görə, “Çelsi” artıq Almaniya klubunun rəhbərliyi ilə ilkin təmas qurub. Bununla belə, “Ayntraxt” fransalı hücumçu üçün 100 milyon avro tələb etməkdə israrlıdır.
Tərəflər arasında yekun razılıq hələ əldə olunmasa da, növbəti mərhələdə aparılacaq danışıqlar üçün konkret addımlar artıq planlaşdırılıb.
Transfer prosesi yaxın günlərdə intensiv mərhələyə keçə bilər.
2024/2025 mövsümündə Uqo Ekitike komanda yoldaşları üçün 48 oyun keçirib, 22 qol vurub və 12 məhsuldar ötürmə edib.