14 iyun 2025. Şənbə

İnzaqi "Əl-Hilal" klubunun baş məşqçisi təyin edilib


  • Transfer
  • 09:57 05.06.2025
  • Oxunma sayı: 42
İnzaqi "Əl-Hilal" klubunun baş məşqçisi təyin edilib

İtaliyalı məşqçi Simone İnzaqi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun baş məşqçisi olub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti rəsmi saytında məlumat yayıb. Bildirilir ki, 49 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi qüvvədədir.

Qeyd edək ki, iyunun 3-də İnzaqi 2021-ci ildən rəhbərlik etdiyi "İnter"in baş məşqçi postunu tərk etmişdi. Bu müddət ərzində o, İtaliya çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb, üç dəfə ölkə Superkubokunu qazanıb, həmçinin komanda ilə iki dəfə Çempionlar Liqasının finalına çıxıb.

“Əl-Hilal” Səudiyyə Ərəbistanı Pro Liqasını ikinci yerdə başa vurub. Komanda 34 oyunda 75 xal toplayıb.







Transfer