20 iyun 2025. Cümə

"Real Madrid" 45 milyona yeni futbolçu aldı


  • Transfer
  • 11:26 05.06.2025
  • Oxunma sayı: 51
"Real Madrid" 45 milyona yeni futbolçu aldı

Madridin "Real" klubu "River Plate"in yarımmüdafiəçisi Franko Mastantuononun transferi ilə bağlı razılıq əldə edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O, 17 yaşlı futbolçunun transfer məbləğinin 45 milyon avro təşkil etdiyini və futbolçu ilə Madrid təmsilçisi arasında 2031-ci ilə qədər qüvvədə olacaq müqavilənin razılaşdırıldığını qeyd edib.

Xatırladaq ki, daha əvvəl mətbuatda Mastantuononun PSJ klubuna keçəcəyi barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, argentinalı futbolçu Fransa nəhəngi ilə ilkin razılıq əldə edib və 2026-cı ildə kluba qoşulmalı idi.







Transfer