16 iyul 2025. Çərşənbə

Menyan “Milan” və “Çelsi” arasında seçim etdi


  • Transfer
  • 14:43 05.06.2025
  • Oxunma sayı: 54
Menyan “Milan” və  “Çelsi” arasında seçim etdi

“Milan”ın qapıçısı Mayk Menyan karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə hazırdır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Fransanın nüfuzlu "L’Équipe" nəşri məlumat yayıb.

Məlumata görə, 29 yaşlı qolkiper “Çelsi” klubuna qoşulmaq istəyir. Hazırda London klubu təcrübəli oyunçunu almaq üçün agenti və klubu ilə danışıqlar aparır.

 “Zadəganlar” fransalı futbolçunun keçidi üçün 10 milyon avro ayırmağa hazırdır.

Menyanın “Milan”la mövcud müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, təcrübəli qapıçı geridə qalan A Seriyası mövsümündə 37 matçda meydana çıxıb. O, bu oyunlarda 41 qol buraxsa da, 13 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.







Transfer