27 dekabr 2025. Şənbə

“Reyncers”in yeni baş məşqçisi bəlli oldu


  • Transfer
  • 15:48 05.06.2025
  • Oxunma sayı: 100
“Reyncers”in yeni baş məşqçisi bəlli oldu

Şotlandiyanın köklü klublarından olan “Reyncers” baş məşqçi postuna yeni təyinat gerçəkləşdirib.

90deqiqe.Az xəbər verir ki, komandanın başına 39 yaşlı mütəxəssis Rassel Martin gətirilib.

Son günlər klubun adı Davide Ançelotti (Karlo Ançelottinin oğlu) və keçmiş “Reyncers” çalışdırıcısı Stiven Cerrardla hallansa da, rəhbərlik seçimində Martin üzərində qərar kəsb edib. Tərəflər arasında bağlanan müqavilənin müddəti 3 il olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, Rassel Martin son olaraq İngiltərə təmsilçisi “Sauthempton”u çalışdırıb. Lakin 2023-cü ilin dekabrında zəif nəticələr səbəbilə vəzifəsindən uzaqlaşdırılıb. Maraqlı məqam isə odur ki, Martin futbolçu karyerası dönəmində – 2018-ci ildə “Reyncers”də icarə əsasında 4 ay çıxış edib.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a