- Transfer
- 23:59 26.12.2025
"Mançester Siti" müdafiəçi Rayan Ait-Nurinin transferi üçün "Vulverhempton"la razılığa gəlib.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O "şəhərlilər"in əlcəzairli futbolçu üçün 40 milyon avro ödəyəcəyini və futbolçunun iyunun 7-də tibbi müayinədən keçəcəyini qeyd edib.
Ötən mövsüm 23 yaşlı futbolçu bütün turnirlərdə 41 matçda iştirak edib, o, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi hesablanıb.Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.