- Transfer
- 05:56 15.06.2025
"Latsio" "Arsenal"ın müdafiəçisi Nuno Tavareşin hüquqlarını alıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
İtaliya təmsilçisi bu transfer üçün 5 milyon avro ödəyəcək, əlavə olaraq, "topçular" portuqaliyalının gələcək satış qiymətinin müəyyən faizini alacaq.
Futbolçu 2024-cü ilin iyul ayından icarə əsasında "qartallar"da çıxış edir.
Tavares 2021-ci ildə "Benfika"dan köçərək "Arsenal"a keçib. İngiltərə Premyer Liqa komandasının heyətində bütün yarışlarda 28 oyun keçirib. Karyerasının bu dövründə Nuno həm də "Marsel" və "Nottingem Forest" klublarında icarə əsasında çıxış edib.