- Transfer
- 01:45 14.06.2025
"Milan"ın qapıçısı Mayk Maynyan "Çelsi"yə keçmək istəyi ilə bağlı İtaliya nəhənginin rəhbərliyinə məlumat verib.
90deqiqe.Az-ın məlumatına görə, London klubu iyunun 15-də başlayacaq Klublararası Dünya Çempionatı başlamazdan əvvəl fransalı qolkiper ilə müqavilə imzalamaq niyyətindədir. “Rossonerilər” isə 29 yaşlı qolkiperin mümkün transferi üçün 28 milyon avro istəyir.
Ötən mövsüm Maynyan bütün turnirlərdə 53 matçda iştirak edib, onlardan 15-də qapını təmiz saxlayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.