27 dekabr 2025. Şənbə

"Napoli" Osimhen üçün "Əl-Hilal"ın təklifini rədd etdi


  • Transfer
  • 23:56 05.06.2025
  • Oxunma sayı: 100
"Napoli" Osimhen üçün "Əl-Hilal"ın təklifini rədd etdi

"Napoli" klubu hücumçu Viktor Osimhen üçün "Əl-Hilal"ın etdiyi təklifi qəbul etməyib.

90deqiqe.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 26 yaşlı futbolçu üçün 65 milyon avro və əlavə 5 milyon avro bonus təklif edib. Lakin Neapol təmsilçisi nigeriyalı futbolçunu yalnız minimum 75 milyon avroya satmaq niyyətindədir.

"Əl-Hilal" təklifi 70 milyon avroya qədər artırmağa hazırdır, lakin danışıqlar ağır irəliləyir. Əsas problemlərdən biri də futbolçunun şəxsi müqavilə ilə bağlı razılıq verməməsidir. Klub nigeriyalı hücumçuya illik 26 milyon avro maaş və bonuslar təklif etsə də, Osimhen razılaşmanı qəbul etməyib.

Jurnalist Alfredo Pedullanın məlumatına əsasən, "Əl-Hilal"ın yeni baş məşqçisi Simone İnzaqi şəxsən Osimhenlə əlaqə saxlayaraq klubun idman layihəsi və məqsədləri haqqında məlumat verib. Lakin bu cəhdlər hələlik nəticə verməyib.

Qeyd edək ki, ötən mövsümü Osimhen icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda keçirib və 30 oyunda 26 qol vuraraq Super Liqanın bombardiri olub.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a