- Transfer
- 05:56 15.06.2025
"Sportinq"in hücumçusu Viktor Qyokeres karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, "qırmızı şeytanlar" gənc futbolçunun xidmətində maraqlıdır və futbolçunu almağa hazırdır. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Lissabon təmsilçisi isveçli forvardın transferi üçün 65 milyon avro tələb edir.
Daha əvvəl 26 yaşlı hücumçu ilə "Arsenal"ın maraqlandığı bildirilirdi. Bildirilib ki, “topçular” Viktorun transferi ilə bağlı “Sportinq”lə demək olar ki, razılığa gəlib. Qyokeres 24 milyon avroya "Koventri"dən köçdüyü 2023-cü ilin iyulundan Portuqaliya klubunda oynayır. Əvvəllər o, "Brayton"un tərkibində Premyer Liqada çıxış edib.
Tamamlanmış mövsümdə Qyokeres bütün turnirlərdə 52 matçda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.