- Transfer
- 23:59 26.12.2025
"Bolonya"nın yarımmüdafiəçisi Dan Ndoe karyerasını "Yuventus"da davam etdirə bilər.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə, Turin klubu 24 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Klubun baş direktoru Damiən Komolli və yeni təyin olunmuş futbol strategiyası direktoru Corco Kiellini artıq gələcək mövsüm üçün heyətin formalaşdırılması üzərində işə başlayıblar.
"Yuventus" artıq İsveçrə millisinin üzvünün agenti ilə əlaqə saxlayıb.
2023/24 mövsümündə A Seriyasında çıxış edən Ndoe 30 oyunda forma geyinib, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.